AZ | EN

Facelift (Üz Gərmə Əməliyyatı)

Zamanı üz ifadənizi dəyişmədən geriyə alın

Ənənəvi üz gərmə əməliyyatları sadəcə dərini dartaraq sizi bir neçə ay məmnun edib, sonra çox qısa zamanda əməliyat öncəsinə qaytarar. Lakin Dr. Aysel Həsənovanın icra etdiyi Dərin Plan (Deep Plane) texnikası tamamilə fərqli işləyir.

Bu metod təkcə dərini deyil, eyni zamanda dərialtı yağ toxumasını, üz əzələrini, dərin toxumalarla birgə öz normal pozisyasına gətirərək üzdə cavanlaşma edir. Nəticədə üz ifadəniz və mimikalarınız qorunaraq 100% təbii gəncləşmə əldə edilir. Effekti isə uzunmüddətli qalıcıdır.

Dərin Plan Üz Gərmə Prosesi

Cərrahiyyə Prosesi

01

Anatomik Analiz

Üzün yaşlanma vektorunun və toxuma vəziyyətinin fərdi olaraq təyin edilməsi.

02

Dərin Plan Texnikası

Sadəcə dərinin deyil, əzələ və bağ toxumasının (deep plane) bərpa olunması.

03

Gizli Kəsiklər

Pasientlərin ən çox narahat olduğu izlər, qulaq qığırdağının içində (tragus), çənə arxasında və saç dibində ustalıqla gizlədilir.

04

Uzunömürlü Nəticə

Düzgün anatomik bərpa sayəsində 10-15 il qalıcılıq.

Mükəmməllik Detallarda

Görünməz İzlər

Kəsiklər qulağın təbii qıvrımlarında ustalıqla gizlədilir.

Təbii Mimika

Üzünüz "donuq" görünmür, öz təbii ifadəsini qoruyur.

Uzunmüddətli Gənclik

Standart gərmədən fərqli olaraq nəticə illərlə dəyişməz qalır.

Tez-tez Verilən Suallar

Üzüm dartılmış və ya süni görünəcəkmi?
Qətiyyən xeyr. Klassik üsullardan fərqli olaraq, Dərin Plan (Deep Plane) texnikası dərini dartmır, sallaşmış əzələləri öz təbii yerinə qaytarır. Buna görə də nəticə 100% təbii alınır və mimikanız qorunur.
İz qalırmı?
Kəsiklər qulaq qığırdağının içində (tragus arxası) və saç xəttində gizlədilir.
Neçə yaşda etmək olar?
Adətən 40-45 yaşdan sonra tövsiyə edilir, lakin bu fərdi göstərişə və üzün vəziyyətinə əsasən dəyişə bilər.

Gəncliyinizi Geri Qaytarmağa Hazırsınız?

Dr. Aysel Həsənova ilə Konsultasiyaya Yazılın

WhatsApp-la Əlaqə

Tez-tez Verilən Suallar (FAQ)

Facelift (Üz Gərmə) əməliyyatının qalıcılığı nə qədərdir?

Dərin plan üz gərmə (Deep Plane Facelift) əməliyyatının nəticələri adətən 10-15 il davam edir. Yaşlanma prosesi davam etsə də, əməliyyat sayəsində görünüşünüz hər zaman yaşınızdan daha gənc qalır.

Əməliyyatdan sonra üzümdə çox iz qalacaqmı?

Kəsiklər saç dibində və qulağın ön və arxa təbii qıvrımlarında aparıldığı üçün kənardan diqqət çəkən izlər qalmır.

Sağalma prosesi neçə gün çəkir?

İlkin sağalma və şişkinliklərin çəkilməsi təqribən 2-3 həftə çəkir. Xəstələr çox vaxt 2 həftə sonra gündəlik sosial həyatlarına qayıda bilirlər.